ABŞda son bir gündə COVID19a 24,2 min yoluxma qeydə alınıb


Dünya 30 May 2020 20:11:00 158 0

ABŞda son bir gündə COVID19a 24,2 min yoluxma qeydə alınıb

ABŞ-da son bir gün ərzində koronavirusa 24 mindən çox yoluxma qeydə alınıb, demək olar, 1,2 min insan ölüb.

Bu barədə ABŞ-da federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Məlumata görə, ABŞ-da ötən gün ərzində virusa 24 266 yoluxma qeydə alınıb.

Son 24 saat ərzində Birləşmiş Ştatlarda 1 193 nəfər koronavirusun qurbanı olub.

Universitet bildirib ki, ABŞ-da COVID-19-a ümumilikdə 1 747 087 yoluxma təsdiqlənib, ölkədə koronavirusdan 102 836 ölüm qeydə alınıb.

Qeyd edilir ki, virusa yoluxmuş 400 mindən çox insan sağalıb.