Ağ Evin qarşısında iğtişaşlar baş verib


Dünya 30 May 2020 19:59:07 143 0

Ağ Evin qarşısında iğtişaşlar baş verib

30 may gecə saatlarında Ağ Evin qarşısında iğtişaşlar başlayıb, etirazçıları ABŞ-ın Gizli Xidmət əməkdaşları saxlayırdı

Mayın 30-da gecə saatlarında ABŞ-da, Ağ Evin qarşısında iğtişaşlar başlayıb.

Bu barədə "Report" CNN-nə istinadən xəbər verir.

Bildirilir ki, etirazçılar ABŞ-ın xüsusi xidmət oranlarınınəməkdaşları tərəfindən saxlanılıb. Dövlət başçısının iqamətgahı yaxınlığında iğtişaşlar beş saatdan çox davam edib.

Etirazçılar prezidentin mühafizəçilərinə müxtəlif əşyalar atıblar və hasarları aşmağa çalışıblar. Xüsusi xidmət orqanlarının əməkdaşları azı bir dəfə zəhərliqazdan istifadə edib.

Etirazçılar Minneapolisdə vəfat edən qaradərili mühafizəçi Corc Floyda dəstək şüarları səsləndiriblər və prezident Donald Trampa qarşı etirazlarını nümayiş etdiriblər.