Daşkəsənin bəzi kəndlərinə dolu düşüb


Digərləri 30 May 2020 19:47:00 162 0

Daşkəsənin bəzi kəndlərinə dolu düşüb

Ölkə ərazisində olan faktiki hava şəraiti açıqlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.