Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”


Şou-biznes 30 May 2020 19:49:00 174 0

Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var”

"Müğənnilər psixoloq olmalıdır. Özünə vurğun olmayan müğənni psixoloqdur. Həyat devizim : "Heç kimə inanma". Bu həm də özümə olan əmrimdir".

illi.Az oxu.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Xəzər" televiziyasında yayımlanan "X maqazin" proqramına verdiyi müsahibədə deyib.

Xalqın sevilən sənətkarı qisasçı olduğunu bildirib:

"Şirin dilə, komplimentə inanma. Səni söyəni sona kimi qov, divara dirə. Bir sözlə, əgər onları cəmləşdirsəm, belə çıxır ki, qisas alanam. Bəli, bu belədir"

F.Kərimova həmkarlarına dayaq olduğunu söyləyib:

"Müğənnilərə arxayam. Heç kimi qapımdan peşman qaytarmamağa çalışmışam. Elə adamlar olub ki, yalan danışıblar. Elə adamlar olub ki, hər şeydən keçib, mənəviyyat deyilən sözün fərqinə, çəkisinə varmayaraq gözünü yumub, ağızlarını açıblar".

"Çörəyimin duzu yoxdur" deyən Xalq artisti xoşbəxt ana olduğunu söyləyib: