Lifli qidaların faydaları


Digərləri 30 May 2020 19:25:00 160 0

Lifli qidaların faydaları

Kifayət qədər lifli qida qəbulu ürək xəstəliklərinə qarşı qoruyur. Araşdırmalar, gündə 12-33 qram lif qəbulunun qan təzyiqini saldığını, qandakı xolesterin səviyyəsini yaxşılaşdırdığını və ürək-damar xəstəliklərlə əlaqələndirilən iltihabı azaltdığını göstərir.

Həll oluna bilən liflər, qandakı pis xolesterini salır. Həll oluna bilən lif ehtiva edən qidalar arasında alma, arpa, yulaf, lobya və digər quru paxlalılar, meyvə və tərəvəzlər yer alır.

Lifli qidalar diabeti nəzarət altında saxlamağa kömək edir. Lif baxımından zəngin pəhriz qan şəkərində daha yavaş artıma yol açır.

Lifli qidalar mədə, nazik bağırsaqlar və yoğun bağırsaqların daha da sağlam olmasını təmin edir.

Lifli qidaları bizi tox tutur. İnsan orqanizmi lifdən enerji və ya kalori almır. Bu səbəblə lifli qidalar yeyərkən tamamilə doyuruq.