"Ruhumu satışa çıxardım"


Digərləri 30 May 2020 18:54:00 149 0

"Ruhumu satışa çıxardım"

Milyarder İlon Maskın sevgilisi, 6-cı oğlunun anası müğənni və rəssam Qrayms ruhunun bir parçasını satmaq qərarına gəldiyini açıqlayıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda o sosial şəbəkədə yazıb. Sənətçinin "Ruhumu satışa çıxarıram" adlı paylaşımı müzakirələrə səbəb olub.

Qrayms suallara cavab verərək, rəsm əsərlərini nəzərdə tutduğunu deyib. O bildirib ki, hər bir əsərə ruhunun bir parçasını qoyub. Ona görə də rəsmlərini alanlar onun ruhuna da sahib olacaqlr.

Sənətçi əsərlərindən ayrılmağın heç də asan olmadığını vurğulayıb.