"Toy olmayacaq, gedib kiminsə bağında oxuyub pul qazanacağıq"


Şou-biznes 30 May 2020 15:54:00 182 0

"Toy olmayacaq, gedib kiminsə bağında oxuyub pul qazanacağıq"

Müğənni Nadir Qafarzadə toy olmamasına sevinən sosial şəbəkə istifadəçilərinə əsəbiləşib.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şou ATV" proqramında məsələyə münasibət bildirib. O qeyd edib ki, toy olmasa da müğənnilər pulsuz qalmayacaqlar:

"Yazırlar ki, yaxşı oldu sizə. Bizə heç nə olmadı. Sənətçi hardan olsa qazanacaq. Toy olmayacaq, kimsə bağına çağırıb, oxutdurub pul verəcək.

Siz niyə sevinirsiz? Toy olmayacaq olmayacaq da. Xoruz yox idi səhər açılmırdı? Əksinə toy olsun ki, xalq sevinsin. Bizə toy-bayram yaraşır. Bu nə deməkdir? Bu necə bədlikdir, arzudur? Bşınıza dəysin arzunuz".