Yuxusuzluğun orqanizmə vurduğu ziyanlar


Digərləri 30 May 2020 16:25:00 184 0

Yuxusuzluğun orqanizmə vurduğu ziyanlar

Yuxu sağlam bir həyat üçün böyük əhəmiyyətə malikdir. Biz gün ərzində sərf etdiyimiz enerjini yuxu vasitəsilə bərpa edirik. Nizamlı yuxu həm də ruhumuzun sağlamlığı deməkdir.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, yuxusuzluq bir çox xəstəliklərin yaranmasına səbəb olur. Görəsən, insanların çox da önəmli saymadıqları bu amil orqanizmə necə təsir edir?

Bəlkə də heç ağlımıza belə gəlməz ki, yuxusuzluq sağlamlığımıza zərbə vuran ilkin əlamətlərdən biridir. Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır.

Yuxusuzluğun növləri · Çətin yatmaq · Tez oyanmaq · Gecələr dəfələrlə durmaq · Nəhayət, yuxunun tamamilə olmaması

Hər dörd hal sonradan tamamilə yuxusuzluğa gətirib çıxarır.  Yuxusuzluq orqanizmdə bir çox xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.

Yuxusuzluğun fəsadları

Hazırda dünyada ən çox yayılan və qarşısı alına bilinməyən xəstəlik məhz yuxusuzluqdur. Belə ki, dünyada hər on insandan beşi yuxusuzluğun müxtəlif növlərindən əziyyət çəkir. Alimlərin araşdırmaları nəticəsində məlum olub ki, yuxusuzluq zamanı insanda müxtəlif xəstəliklər əmələ gəlir.

Mütəmadi şəkildə 6 saatdan az yatmaq bir müddətdən sonra qandakı şəkərin miqdarını sürətlə artırır. Şəkərli diabetin yaranmasına səbəb bədəndəki insulinin hüceyrələrə nəqli zamanı yaranan pozğunluq  nəticəsində qlükozanın qanda yığılması və bu zaman mədəaltı vəzin normadan artıq insulin ifraz etməsidir. İnsulini normada saxlayansa yuxudur. Yuxusuzluq həmçinin cinsi pozğunluğa və astma xəstəliyinin yaranmasına gətirib çıxarır.