Geyimdə kobud səhv bu yayın trendinə çevrildi


Digərləri 30 May 2020 16:03:00 159 0

Geyimdə kobud səhv bu yayın trendinə çevrildi

Geyimdə kobud səhv sayılan və sosial şəbəkələrdə haqqında yüzlərlə mem paylaşılan corabla səndəl geyinmək bu yayın trendinə çevrilə bilər. Məşhurlar artıq bu "cütlüyü" gündəlik obrazlarına daxil ediblər.

Son.az oxu.az-a istinadən bildirir ki, tendensiya tanınmış dizaynerlərin yaz-yay kolleksiyalarına görə məşhur olub.

Belə ki, Salvatore Ferragamo moda nümayişində modellər donda, dəri səndəllərdə və ağ corablarda olublar.

A.P.C. modelləri isə səndəlləri rəngli corablarla nümayiş etdiriblər.