Min bir dərdin dərmanı


Digərləri 30 May 2020 15:27:00 170 0

Min bir dərdin dərmanı

Üzərlik otundan hələ qədim zamanlardan həm fiziki, həm də ruhi xəstəliklərin müalicəsində istifadə olunub. Bu şəfalı bitkidən başda tənəffüs yolları xəstəlikləri olmaq şərtilə, bir çox xəstəliklərin müalicəsində indi də istifadə olunur.

Son.az Lent.az-a istinadən sanki mistik xüsusiyyətə malik olan üzərlikdən hansı problemləri ortadan qaldırmaq üçün istifadə olunduğnu təqdim edir.

Türkiyə mətbuatının yazdığına görə, Anadolu torpaqlarında da eynilə Azərbaycanda olduğu kimi üzərlik otuna şəfa qaynağı kimi baxılıb. Hazırda bu bitkidən bir çox xəstəliklərin müalicəsində, eləcə də neqativ enerjiyə qarşı istifadə olunur. Hətta Türkiyədə bu bitki xüsusi olaraq yetişdirilir və müalicəvi bitki kimi satılır.

Anadoluda başqa Balkanlarda da bu bitkidən nəzərdən qorunmaq üçün istifadə olunub. Evlərin divarından asılıb, yandırılıb tüstüsündən istifadə olunub və olunur.

Qədim Misirdə də istifadə olunan üzərliyi yandırdıqda ətrafda olan mənfi enerjiləri uzaqlaşdırdığına inanılırdı. Bu inam hələ də davam edir və insanlar bir narahatlıqları, baş ağrıları olanada üzərlik yandırır və rahatlıq tapırlar.

Mütəxəssislərin yazdıqlarına görə, bu bitkidən istifadə metobalizmanı sürətləndirir. Bağırsaqların daha sağlam şəkildə çalışmasına yardımçı olur və qurdların yaranmasının qarşısını alır.

Yaz aylarlında yayılan qrip və soyuqdəymə xəstəliklərinin müalicəsində boğaz ağrısı və infeksiyanı aradan qaldırdığı kimi, öskürəyin keçməsinə də yardım edir.

Sidik kanallarında yaranan iltihab və infeksiyaların keçməsinə təsir edir.

Xroniki baş ağrısı olanlara müsbət təsir edir.

Tənəffüs yollarında problemi olan insanlara yaxşı təsir edər və burun tutulmasının qarşısını alar. Diqqət dağınıqlığından əziyyət çəkənlərin köməyinə çatır. Bu problemlərdən əziyyət çəkənlər üzərliyin çayı və tüstüsündən istifadə edə bilərlər.