Koronavirus ən azı 1 il bizimlə olacaq”


Digərləri 30 May 2020 15:06:00 145 0

Koronavirus ən azı 1 il bizimlə olacaq”

"Qarşıdakı bir il ərzində "СOVID-19" xəstəliyi bizləri tərk etməyəcək, virus aktual olaraq qalacaq".

Son.az bildirir ki, bunu Modern.az-a müsahibəsində Türkiyədə "REACT-C19" layihəsinin iştirakçısı, Qazi Universiteti Tibb fakültəsinin xəstəxanasında infeksiya xəstəlikləri və klinik mikrobiologiya üzrə rezident Fidan Sultanova bildirib.

Aprel ayında Türkiyədən koronavirusla mübarizə üçün gələn azərbaycanlı həkimlərdən ibarət 19 nəfərlik heyətin iştirakçısı olan Fidan Sultanova mövcud pandemiya ilə bağlı suallarımızı cavablandırıb:

- Fidan xanım 19 nəfərlik həkim heyəti Azərbaycanda nə qədər qalacaq?  

- Qrup halında aprel ayından Azərbaycanda fəaliyyət göstəririk. Mövcud vəziyyətə uyğun olaraq iyun ayının sonunda Türkiyəyə qayıtmağı planlaşdırırıq.

- Hər gün səhərdən axşamadək çalışırsınız ya növbəli işləyirsiniz?  

- Bəli, səhərdən-axşamadək fasiləsiz çalışırıq. Axşam müəyyən vaxtlarda sahə kordinatorlarımızla qarşılaşdığımız problemləri videokonfrans şəklində bölüşürük. Konfransda fikir mübadiləsi apardıqdan sonra görüləcək işlərdən danışırıq. Yəni əslində axşam evdə olanda belə, işlə məşğul oluruq. Rayonlarda olanda xəstənin vəziyyəti ağırdırsa, birbaşa onun yanına gedərək, ümumi dəyərləndirmə etdiyimiz də olur.

- Sizə, eləcə də Türkiyədən gələn digər həmkarlara ailələrinizlə görüşmək şansı verilibmi? Ya hələ buna imkan olmayıb?  

- Bəli, bizə ailələrimizlə görüşmək şansı verilib. Amma onu da deyim ki, Türkiyədə, eləcə də Azərbaycanda test edildikdən, nəticələrimiz mənfi olandan sonra bizə bu şans verilib. 14 gündən bir yenə də test olunuruq və testin cavabı çıxanadək özümüzü izolyasiya edirik. Bundan sonra yaxınlarla görüşməyə imkan olur. Lakin xəstələrlə təmasda olduğumuz üçün mümkün olduğu qədər yaxınlarımızla ünsiyyət zamanı diqqətli olmağa çalışırıq. Yəni maska taxırıq, məsafəni qoruyuruq ki, bu da həqiqətən çox çətindir.

- Doktor, Azərbaycandakı mövcud vəziyyəti qiymətləndirmənizi istərdik...  

- Azərbaycanda vaxtında karantin rejiminin tətbiq olunması xəstə sayının digər ölkələrə nisbətdə daha az olması ilə nəticələndi. Lakin onu da deyim ki, insanların virusa inanmamağı gələcəkdə böyük fəsadlara yol aça bilər. Düzdür, yayılan bəzi yanlış məlumatlara görə insanlar qorxur, hətta bəzi şəxslərdə psixoloji problemlərin də ortaya çıxdığının şahidi oluruq. Ancaq hər kəs lazımı tədbiri alsa, qaydalara əməl etsə, xalq olaraq bu xəstəliyə qalib gələ biləcəyik.

- Bütün rayonlara baş çəkəcəksiniz? Qrafikiniz necədir?  

- Bakıda 14 gün xəstəxanada olduqdan sonra qərb rayonlarına getdik. İndiyədək Gəncə, Goranboy, Şəmkir və Ağdaşda olmuşuq. 19 nəfərlik heyət 4-5 nəfərlik qrulara ayrılıb işini davam etdirir. Bundan sonrakı qrafikimiz hələ ki bu rayonlar üzrədir. Bakıya qayıtmaqla bağlı isə qərar yoxdur. Əgər zərurət yaranarsa, geri qayıdacağıq.

- Deyirlər kişilər  ağrıya daha dözümlü olur. İndiki halda xəstələriniz arasında qadınlar daha dözümlüdür yoxsa kişilər?  

- Dünya statistikasına baxdıqda, virusa yoluxanların böyük əksəriyyəti kişilərdir. Amma Azərbaycanda virusa yoluxanların 57 faizini qadınlar təşkil edir. Xəstəliyə dözümlülük baxımından konkret nəsə demək mümkün deyil, çünki bu fərdə görə dəyişir.

- Xəstəliyə yoluxan uşaqların vəziyyəti necədir? Onlar xəstəliyi necə keçirir?

- Uşaqlar "COVID-19" xəstəliyini məlum olduğu kimi yüngül keçirirlər. Azərbaycanda virusa yoluxan uşaqların vəziyyəti normaldır. Düzdür, uşaqlara maska taxmaq, onları virusdan qorumaq daha çətindir. Amma bunu nəzərə almaq lazımdır ki, uşaqlar bu xəstəliyi yüngül keçirsələr də, istənilən halda onlar daşıyıcıdırlar. Mümkün olduğu qədər əgər uşaqlarda qrip, qızdırma sindromu varsa onların yaşlı insanlarla təmasını azaltmaq lazımdır.

- Fidan xanım, Britaniya mütəxəssislərinin fikrincə, koronavirus hamilə qadınlar üçün ciddi təhlükə deyil. Amma bilirik ki, hamiləlik dövründə qadınlarda müxtəlif xəstəliklər əmələ gəlir, yəni immun sistemləri daha zəif olur. Sizcə bu virusun onlara təsir etməməsi nə dərəcədə doğrudur?  

- İstər Türkiyədə, istərsə də Azərbaycandakı müşahidələrimizə görə maraqlı məqam odur ki, hamilə qadınlar mövcud xəstəliyi daha yüngül keçirirlər. Amma hamilə qadında əlavə olaraq ağır pnevmoniya varsa, onlar üçün xüsusi müalicə tətbiq edilir.

- Burda bəzi televiziya kanalları virusa yoluxmuş xəstələrlə reportaj hazırlayıb. Gördüyümüz qədəri ilə onlar ayrı-ayrı otaqlarda müalicə alır. Bunun səbəbi nədir?