Ucarda dördotaqlı ev tamamilə yandı


Sosial 30 May 2020 14:09:38 157 0

Ucarda dördotaqlı ev tamamilə yandı

Ucar rayonunda yanğın hadisəsi baş verib.

© Report/Elchin Murad

Ucar rayonunda yanğın hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə,hadisə gecə saatlarında Əlikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Yusif Vahid oğluna məxsus ümumi sahəsi 120 kvadrat metrlik birmərtəbəli, dördotaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ucar rayon Yanğınsöndürmə Briqadasının 2 avtomobili və canlı qüvvəsi cəlb olunub və ətraf tikililər mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmasa da, evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.