Sumqayıtda iki yük maşını toqquşub,


Digərləri 30 May 2020 10:04:00 152 0

Sumqayıtda iki yük maşını toqquşub,

Sumqayıt şəhərində "DAF" və "КamAZ" markalı iki yük avtomobili toqquşub.

Son.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri "DAF" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1951-ci il təvəllüdlü Sayılov Ağarza Çapı oğlunun və "КamAZ" markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 1995-ci il təvəllüdlü  Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.