Məşhur repçi küçənin ortasında vəhşicəsinə öldürüldü


Digərləri 30 May 2020 09:24:00 159 0

Məşhur repçi küçənin ortasında vəhşicəsinə öldürüldü

Kanadanın Toronto şəhərində Houdini ləqəbi ilə tanınan məşhur repçi Cimarcio Ceniks vəhşicəsinə öldürülüb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, repçi 15 yaşlı dostu ilə gəzərkən otelin yaxınlığında yerləşən avtomobildən onlara atəş açılıb. Xəstəxanaya çatdırılan Houdini güllə yaralarından vəfat edib. Həkimlər hazırda onun dostunun həyatını xilas etməyə çalışırlar.

Verilən məlumata görə, hücum nəticəsində 27 yaşlı naməlum bir qız da xəsarət alıb.

Cinayətkarların axtarışı davam etsə də, repçinin vəkili məsələni diqqətlə araşdırılmasını tələb edib.