Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib


Dünya 30 May 2020 09:34:00 151 0

Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib

Dünyanın ən böyük elektriklə işləyən 9 yerlik təyyarəsi cümə axşamı ilk dəfə havaya qalxıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, təyyarənin mühərriki elektrikli olduğundan uçuş zamanı havaya karbon qazı tullanmayacaq.

Cümə axşamı elektrik mühərriki ilə təchiz edilmiş "Cessna Caravan" ABŞ-da Vaşinqton ştatı üzərində 20-30 dəqiqə ərzində uçuş həyata keçirib.

Təyyarə doqquz sərnişin daşımaq gücündədir, lakin ilk sınaq uçuşunu təyyarənin pilotu sərnişinsiz həyata keçirib.

Sınaq uçuşu zamanı təyyarə 183 km/saat sürətlə hərəkət edib.

Təyyarə mühərrikini istehsal edən "MagniX" şirkəti ümid edir ki, bu təyyarə 2021-ci ilin sonuna qədər 160 km-dək məsafələrdə kommersiya uçuşlarına başlaya biləcək.

Böyük təyyarələrin yalnız elektrik enerjisi hesabına uzun məsafələrə uça bilməsi üçün elektrik batareyaların çəkisinin kəskin dərəcədə azaldılmasına nail olmaq gərəkdir. Hidrogen yanacaq elementləri və bioyanacaq da daxil, digər enerji mənbələri də sınaqdan keçirilməkdədir.