Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi SON STATİSTİKA


Dünya 30 May 2020 09:19:00 134 0

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi  SON STATİSTİKA

Dünyada 6 033 835 nəfər koronavirusa yoluxub.

Son.az oxu.az-a istinadən əbər verir ki, virusa yoluxanlardan 366 891 nəfəri ölüb, 2 661 163 nəfəri isə sağalıb.

Ölkələr arasında koronavirusa ən çox yoluxma (1 793 530 nəfər), ölüm (104 542 nəfər) və sağalma (519 569 nəfər) ABŞ-da qeydə alınıb.

Braziliya 468 338 yoluxma sayı ilə ikinci, Rusiya (387 623) isə üçüncü yerdədir.

Türkiyə 162 120 koronavirusa yoluxma sayı ilə onuncudur. Digər sərhəd qonşumuz İran virusa 146 668 yoluxma sayı ilə 12-ci yerdədir. Azərbaycanın sərhəd qonşuları arasında koronavirusdan ən çox ölüm (7 677 nəfər) də bu ölkədə müşahidə edilir.