Təxminən 2 milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır


Digərləri 30 May 2020 08:41:00 126 0

Təxminən 2 milyard Android smartfonu haker hücumu təhlükəsi altındadır

Sadəcə Android 10 istifadəçilərinin bəxti gətirib.

Məlum olduğu kimi, kompüter təhlükəsizliyi tədqiqatçılarından ibarət Promon komandası bu anda təxminən iki milyard Android smartfonun hakerlər tərəfindən təhdid edildiyini aşkar edə bilib.

Son.az ted.az-a istinadən bildirir ki, Stranghogg 2.0 adlı verilən yeni zəiflik özünü Android tətbiqetmələrinə bənzədə bilir.

Beləliklə, təcavüzkarlar istifadəçilərə "təhlükəli imtiyazlar və müxtəlif vacib məlumatlar" vermək adı ilə aldada bilərlər. Qeyd etmək lazımdır ki, Stranghogg 2.0 onuncu versiyasına qədər tamamilə Android əsaslı bütün qurğularda işləyir.