Norveç yenidən öz vətəndaşlarına qonşu ölkələrə getməyə icazə verəcək


Dünya 30 May 2020 08:43:00 118 0

Norveç yenidən öz vətəndaşlarına qonşu ölkələrə getməyə icazə verəcək

Norveç yenidən öz vətəndaşlarına qonşu ölkələrə getməyə icazə verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, norveçlilər növbəti bazar ertəsindən etibarən şimal ölkələrinə yenidən səfər edə biləcək və geri qayıtdıqdan sonra məcburi qaydada karantinə alınmayacaqlar.

Beləliklə, indi norveçlilər ölkədaxili yerdəyişmələr üçün nəzərdə tutulmuş qaydalara müvafiq olaraq Şimali Avropanın bütün ölkələrində işləyə və məzuniyyətlərini keçirə biləcəklər.

Hazırda Norveç hökuməti evdən işləmə təklifləri ilə bağlı məsələni də müzakirə edir. Bundan əlavə, Oslo və Bergen şəhərlərində gələn ay korporativ ofislərin açılması gözlənilir.