Azərbaycan Türkiyədən dənli və paxlalı bitki ixracını artırıb


Digərləri 30 May 2020 08:49:00 149 0

Azərbaycan Türkiyədən dənli və paxlalı bitki ixracını artırıb

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 32,21 faiz artaraq 38,367 milyon dollar təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Aprel ayında Türkiyədən Azərbaycana dənli və paxlalı bitkilərin ixracı 2019-cu ilin apreli ilə müqayisədə 37,45 faiz artıb və 8,815 milyon dollara bərabər olub.

Yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına dənli və paxlalı bitki ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artaraq 2,404 milyard dollar təşkil edib.

Dənli və paxlalı bitki ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 4,6 faizə bərabər olub.