Gürcüstan builki seçkilərə daha çox beynəlxalq müşahidəçi dəvət edəcək


Dünya 30 May 2020 08:53:00 143 0

Gürcüstan builki seçkilərə daha çox beynəlxalq müşahidəçi dəvət edəcək

Gürcüstan oktyabrın 31-nə nəzərdə tutulmuş parlament seçkilərini daha demokratik, azad və şəffaf keçirməkdə maraqlıdır. Bunun üçün hökumət əlindən gələni edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Gürcüstanın Baş Naziri Giorgi Qaxaria parlamentdəki çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Gürcüstanın builki parlament seçkilərində daha çox müşahidəçi olacaq. Hökumət seçkilərə daha çox beynəlxalq müşahidəçi dəvət edəcək.

"Epidemioloji testlər olacaq, məsafələr qorunacaq, müşahidəçilər nəqliyyat vasitələri ilə təmin ediləcək. Əlimizdən gələni edəcəyik ki, beynəlxalq müşahidəçilərin seçkilərə nəzarət etmələri üçün heç bir maneə olmasın. Pandemiyanın qlobal partlaması baş verməsə, onlar mütləq seçkilərdə iştirak edəcəklər", - deyə Giorgi Qaxaria vurğulayıb.