Çində su elektrik stansiyasında partlayış nəticəsində ölən və yaralananlar olub


Dünya 30 May 2020 08:58:00 139 0

Çində su elektrik stansiyasında partlayış nəticəsində ölən və yaralananlar olub

Çinin cənub-qərbindəki Yünnan vilayətində su elektrik stansiyasında baş verən partlayışda 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Mocian qəsəbəsində mayın 29-da yerli vaxtla saat 11:00 radələrində işçilər stansiyanın havalandırma sistemində çalışdıqları zaman baş verib. Axtarış işləri artıq başa çatıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.