YouTube Çin hakimiyyətini tənqid edən şərhləri avtomatik silir


Digərləri 30 May 2020 08:31:00 155 0

YouTube Çin hakimiyyətini tənqid edən şərhləri avtomatik silir

Sosial şəbəkə istifadəçiləri maraqlı bir nüansa diqqət çəkiblər. YouTube videohostinq xidməti Çin dilində yazılıb, Çin hakimiyyətini tənqid edən şərhləri avtomatik silir. Elə bir təəssürat yaranır ki, videohostinq alqoritmi müəyyən edilmiş söz və ifadəyə reaksiya verir.

Son.az ted.az-a istinadən bildirir ki, YouTube administrasiyası sözügedən şərhlərin silinməsinin qəsdən olmadığını bildirib.

Şirkət nümayəndələrinin sözlərinə əsasən, şərhlər sistemdə baş verən səhvə görə silinib.

Lakin ABŞ senatı YouTube platformasını Çin hakimiyyəti ilə iş birliyində günahlandıraraq sosial şəbəkədən inandırıcı dəlil tələb edib.

Silinən şərhləri təqdim edirik:

共匪 - Bandit kommunist və ya 五毛- 50 qəpiklik partiya.