Belarus tibbi malların ixracına qoyulmuş qadağanı iyulun 1dək uzadıb


Dünya 30 May 2020 08:18:00 155 0

Belarus tibbi malların ixracına qoyulmuş qadağanı iyulun 1dək uzadıb

Belarus tibbi malların ixracına qoyulmuş qadağanı 2020-ci il iyulun 1-dək uzadıb. Malların siyahısına maskalar, xalatlar, birdəfəlik tibbi dəstlər, oksigen terapiyası və süni tənəffüs üçün aparatlar daxildir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Belarus Nazirlər Şurasının bu qərarı milli hüquq internet portalında açıqlanıb.

Bu sənədlə tibbi malların Belarusdan kənara, o cümlədən Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərə ixracına müvəqqəti qadağa qoyulur. Ölkənin Səhiyyə Nazirliyinin icazə verdiyi, üzərində adı, miqdarı, qiyməti göstərilən, habelə ixrac edən təşkilat barədə məlumatlar olan mallar istisna təşkil edır.

Xatırladaq ki, Belarus hökuməti daha əvvəl tibbi malların ixracına iyunun 1-dək qadağa qoymuşdu.