Misirdə sutkada koronavirusdan ən çox ölüm faktı qeydə alınıb


Dünya 30 May 2020 07:35:00 149 0

Misirdə sutkada koronavirusdan ən çox ölüm faktı qeydə alınıb

Misirdə sutkada ən çox yoluxma və ölüm faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Son 24 saat ərzində 1 298 yoluxma aşkar edilib, ümumi yoluxanların sayı 22 082 nəfərə çatıb.

Sutka ərzində 34 nəfər xəstəliyin törətdiyi fəsadlardan öldü. Ölənlərin sayı 879 nəfər çatıb. İndiyə qədər 5 511 nəfər sağalıb.