Bir müddət məhəbbətimizi məsafəli yaşayaq... Gənclərə məsləhət


Digərləri 29 May 2020 23:20:00 63 0

Bir müddət məhəbbətimizi məsafəli yaşayaq...  Gənclərə məsləhət

Psixoloq Gülnar Orucova "Əllərimizi sinəmizə sıxmaqla, mehriban təbəssümlə bir-birimizə sayğımızı bildirə bilərik"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Sosial məsafə və özünütəcrid koronavirusa yoluxmağın qarşısını almağın ən təsirli yolları kimi göstərilir. Lakin cəmiyyətimizdə hələ də bu qaydaları ciddiyə almayan insanlar var. Ən çətini isə odur ki, sən məsafəni saxlasan da, qarşı tərəf səninlə qucaqlaşmaqda, təmasda olmaqda israrlı olur. Buna etiraz etməyin isə inciklik yaradır. Bəs nə etməli? Sosial məsafə qoruyarkən qızıl ortanı necə tapmalı?

Psixoloq Gülnar Orucova deyir ki, sosial məsafəni qorumaq üçün insanlar ilk olaraq koronavirusu qəbul etməli, bunun ciddiliyini, təhlükəli olmasını anlamalıdır. Psixoloqun sözlərinə görə, təmas etməkdə israrlı olanlar xəstəliyin ciddiliyini dərk etməyənlərdir. Əgər onlar da anlasa ki, bu həyati məsələdir, o zaman özləri də məsafə saxlayar: "Bunun yoluxucu xəstəlik olduğunu anlamayan insan, məsafə də saxlamaz. Düzdür, bəzi ictimai nəqliyyat vasitələrində o qədər insan olur ki, burada məsafənin saxlanması mümkünsüzdür. Amma uzun müddət sonra rastlaşan insanlar təmasdan qaça, özlərini izolyasiya edə bilərlər. Dünya ölkələri ilə müqayisədə bizim insanlarımız daha diqqətcil, qayğıkeş, sevgi doludurlar. Elə bu xüsusiyyətlərimiz də bizə problemlər yaradır. İnsanlar xoş münasibəti bildirmək üçün özlərini görüşmək məcburiyyətində hiss edirlər. Bunun həll yolu odur ki, karantin rejiminin hələ də davam etməsini insanlar anlamalı, qaydalara riayət etməlidir. Hazırda SMS  icazənin götürülməsi insanlara sərbəstlik verib və bu sərbəstliyi sanki karantin rejiminin bitməsi kimi başa düşürlər. İnsan olaraq hər birimizi karantində olduğumuzu anlayaq, bu xəstəliyin ciddi, yoluxucu olduğunu qəbul edək, bundan qorunmaq üçün də sosial məsafəni saxlayaq". 

Nəyə görə koronavirusa gec və ən sonda yoluxmaq yaxşıdır?  Həkim səbəbi açıqladı like
  • 29 May 23:05  
Digərləri Nəyə görə koronavirusa gec və ən sonda yoluxmaq yaxşıdır? Həkim səbəbi açıqladı

Nəyə görə yeni növ koronavirusa nə qədər mümkündürsə gec və sona ya

arrow Ətraflı
ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı like
  • 29 May 23:04  
Dünya ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayr

arrow Ətraflı
NASA rəhbəri Tom Kruzu kosmosa GÖNDƏRMƏK İSTƏYİR like
  • 29 May 23:00  
Digərləri NASA rəhbəri Tom Kruzu kosmosa GÖNDƏRMƏK İSTƏYİR

NASA-nın rəhbəri Cim Brydenstein, Hollivud aktyoru Tom Kruza yeni film çəkm

arrow Ətraflı
ABŞda ən böyük kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib like
  • 29 May 22:55  
Digərləri ABŞda ən böyük kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib

ABŞ-da dünyanın ən böyük kommersiya elektrik təyyarəsi "Cessna Gran

arrow Ətraflı
“Brent” neftinin qiyməti 38 dolları ötdü like
  • 29 May 22:46  
İqtisadiyyat “Brent” neftinin qiyməti 38 dolları ötdü

Dünya bazarında xam neftin qiymətləri yenidən artıb.

arrow Ətraflı
Həkimlər ŞOKDA: Uşaq əlində yad cisimlə doğuldu  FOTO like
  • 29 May 22:44  
Digərləri Həkimlər ŞOKDA: Uşaq əlində yad cisimlə doğuldu FOTO

ABŞ-ın Alabama ştatında yaşayan iki uşaq anası Luci Hellin növbəti dəf

arrow Ətraflı
Fransada daha 255 nəfər koronavirusa yoluxdu like
  • 29 May 22:39  
Dünya Fransada daha 255 nəfər koronavirusa yoluxdu

Fransada koronavirus infeksiyasının yaratdığı xəstəlikdən ölənlərin s

arrow Ətraflı
4 ildir sabun və şampun istifadə etməyən həkim  "Bədənimdən qoxu gəlmir" like
  • 29 May 22:30  
Digərləri 4 ildir sabun və şampun istifadə etməyən həkim "Bədənimdən qoxu gəlmir"

ABŞ-da çalışan həkim Ruslan Çerkaşin öz üzərində eksperiment aparıb.

arrow Ətraflı
Bu həkim dünyanı gəzir və...  FOTO like
  • 29 May 22:25  
Digərləri Bu həkim dünyanı gəzir və... FOTO

Bu dünya mərhəmətli insanların çiynində fırlanır. Nə yaxşı ki, Tanr

arrow Ətraflı
Yaponiyada 17 545 nəfər koronavirusa yoluxdu like
  • 29 May 22:18  
Dünya Yaponiyada 17 545 nəfər koronavirusa yoluxdu

Yaponiyada 74 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

arrow Ətraflı