Bu ölkədə işsizlik artır


Dünya 29 May 2020 22:04:00 167 0

Bu ölkədə işsizlik artır

Braziliyada COVID-19 pandemiyasının təsiri səbəbindən işsizlik səviyyəsi 11,2 faizdən 12,6 faizədək yüksəlib.

Son.az bildirir ki, AZƏRTAC Braziliyanın coğrafiya və statistika institutuna (IBGE) istinadla xəbər verir ki, bu göstərici pandemiyanın ölkənin əmək bazarına təsirini əks etdirir. Məlumatda, həmçinin məşğul əhalinin sayının 5,2 faiz azalması səbəbindən 4,9 milyon iş yerinin itirildiyi qeyd olunur.

Analitiklər koronavirusun iqtisadi nəticələrinin ilin ikinci rübündə daha güclü hiss ediləcəyini bildirirlər.

Bəzi təşkilatlar iqtisadi böhranın təsirinin daha yüksək olacağını proqnozlaşdırsa da, bu il Braziliya hökuməti ÜDM həcminin 4,7 faiz azalacağını gözləyir.