Mərci kotleti necə hazırlanır? Usta öz sirlərini açır


Digərləri 29 May 2020 21:54:00 323 0

Mərci kotleti necə hazırlanır?  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Mercimekli köfte, yəni mərci kotleti, xüsusilə, ət yeməyən insanlar üçün xilaskar bir zülal qaynağıdır.

Paxlakimilər fəsiləsindən olan mərcinin hər növü Türkiyə mətbəxində tez-tez və sevilərək hazırlanır, yeyilir. Salatdan plova, şorbadan piroqa qədər bir çox yeyəcəyin əsas materialıdır mərci. Bu gün tərifini verəcəyimiz mercimekli köfte həm çay içərkən çərəz rolunu oynayır, həm də əsas və ya yardımçı yemək olaraq yeyilir.

Mercimekli köfte hazırlamaq üçün əvvəlcə lazım olan materialları sayaq:

1 stəkan qırmızı mərci, 2 stəkan xırda düyü (ince bulgur), 2 ədəd soğan, yarım (½) stəkan zeytun yağı, 3 qaşıq pomidor tomatı, yarım (½) stəkan isti su, 1 dəstə cəfəri, 6 ədəd yaşıl soğan, 1 litr su, 1 çay qaşığı duz, 1 çay qaşığı zirə, 1 çay qaşığı qırmızı bibər, 1 çay qaşığı istiot, 10 ədəd kahı yarpağı

Zaman gəldi mercimekli köfteni hazırlamağa.

İlk olaraq 1 stəkan mərci yuyulur, üstünə 1 litr su tökülərək bişirilir. Mərcini yumşalıb tam bişənə və suyu çəkilənə qədər bişirmək lazımdır. Sonra qazı söndürüb qazana iki stəkan xırda düyü (ince bilgur) əlavə edin, qapağını örtüb 35-40 dəqiqə beləcə saxlayın.