Beyin şişini müalicə edəcək dərman hazırlandı


Digərləri 29 May 2020 21:40:00 136 0

Beyin şişini müalicə edəcək dərman hazırlandı

Kanadalı alimlər ölümcül beyin şişi - glioblastomaya kömək edəcək dərman hazırlayıblar.

"Cell Stem Cell" xəbər verir ki, dərman CAR T-hüceyrə terapiyasına əsaslanır.

Bildirilir ki, demək olar, bütün hallarda aqressiv müalicədən sonra glioblastoma təhlükəli olduğundan yeddi ay ərzində daha aqressiv formada təkrarlanır.

Son.az medicina.az-a istinadən bildirir ki, T-hüceyrə müalicəsində bədxassəli hüceyrələri tanıyan və məhv edən xüsusi bir antigenik reseptor istifadə olunur. Bu, xüsusi antigenlərə seçici şəkildə bağlanan antikor hissələri olan bir proteindir.

Bundan əlavə, xəstənin T hüceyrələri onları müəyyən bir şəkildə dəyişdirən müalicəyə cəlb olunur.