Qəpikquruşluq "qara dərman" 20 xəstəliyə çarə ola bilər


Digərləri 29 May 2020 21:30:00 145 0

Qəpikquruşluq "qara dərman"  20 xəstəliyə çarə ola bilər

İnsanlara qədimdən təbii maddə kimi məlum olan kömür insan həyatı üçün çox faydalıdır. Bu maddə yalnız havanı təmizləmir, həm də dadlı və xeyirli bitkilər yetişdirir və hətta insanı müalicə edir. Kömür unikal absorbentdir. Məhz bu funksiyası da tibdə geniş istifadə edilir. Bu maddə qəbul edildikdə bədəndəki bütün zərərli maddələri özünə hopduraraq orqanizmdən çıxarır. Həmçinin də, orqanizmi lazımlı minerallarla təmin edir. "Qara dərman"ın müalicəvi xüsusiyyətləri onun əmələ gəldiyi ağacdan asılıdır. Ən xeyirli kömür fıstıq və ağcaqayın ağacından hazırlanan kömür hesab olunur.

Son.az medicina.az-a istinadən kömürün faydalarını təqdim edir.

- Əsasən süd məhsullarından həmçinin də, digər zəhərlənmələr zamanı kömür maddəsindən istifadə etmək yaxşı nəticə verir. Bunun üçün 4/1 ç/q kömürü 4/1 stəkan su ilə gün ərzində 3-4 dəfə yeməkdən 1 saat əvvəl qəbul etmək lazımdır.

- Podaqra zamanı 1 ç/q kömürü əzin və 4/1 stəkan su ilə qarışdıraraq yeməkdən 1 saat əvvəl gündə 2 dəfə qəbul edin. Kömür böyrəklərdə daş əmələ gəlməsinə səbəb olan sidik turşusunu da özünə çəkir.

- Hepatit xəstəliyində 1 fincan süddə 1 ç/q ağcaqayın kömürünü həll edərək içmək yaxşı nəticə verir.

- Diareya və dizenteriya zamanı 1 ç/q ağcaqayın kömürünü 1 qədəh qırmızı şərabda həll edərək için. Xəstəliyin əlamətləri keçənə qədər içməyə davam edin.