Pandemiya ilə bağlı ən faciəvi görüntü:


Digərləri 29 May 2020 20:55:00 147 0

Pandemiya ilə bağlı ən faciəvi görüntü:

Sosial şəbəkələrdə uşağın ölmüş anasını oyatmaq istədiyi barədə faciəvi görüntülər yayılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, kadrlar Hindistanın Bihar əyalətində dəmir yolu stansiyasında çəkilib.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Hindistan özünün ən çətin dövrlərindən birini yaşayır. İnsanlar ailələrini dolandırmaq üçün öz ev-eşiklərini tərk edib, böyük şəhərlərə köçürlər.

Dəmir yolu stansiyasında vəfat edən qadının da bu məqsədlə evini tərk etdiyi bildirilir. 23 yaşlı ananın acından öldüyü vurğulanıb.