Türkiyədə son sutkada koronavirusdan 1 594 nəfər sağalıb


Dünya 29 May 2020 21:05:00 139 0

Türkiyədə son sutkada koronavirusdan 1 594 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 28 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 489 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 141 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 162 120 nəfərə çatıb.