Rəcəb Tayyib Ərdoğan: Epidemiya dövründən sonra...


Dünya 29 May 2020 20:32:00 128 0

Rəcəb Tayyib Ərdoğan: Epidemiya dövründən sonra...

Mayın 29-da Türkiyədə tikinti və quraşdırma işləri 45 gündə tamamlanan 1008 çarpayılıq yeni xəstəxananın açılışı olub.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip koronavirus epidemiyası ilə mübarizə çərçivəsində tikinti və quraşdırma işləri 45 gündə tamamlanan 1008 çarpayılıq, 432 reanimasiya yatağı olan Prof. Dr. Feriha Öz Təcili Yardım Xəstəxanasının açılışında iştirak edib.

"Dünyanın bir çox ölkəsində epidemiya səbəbiylə səhiyyə sisteminin çökdüyü bir dövrdə Türkiyə həm mövcud imkanlarından istifadə edərək, həm də yeni imkanlar yaradaraq fərqli bir yerə gəlib".

Bu sözləri dövlət başçısı xəstəxananın açılışındakı çıxışında deyib.

"Türkiyənin səhiyyə sektorunda gəldiyi səviyyənin ən bariz nümunəsi olan sözü gedən xəstəxanlarımız şəfanı ölkəmizdə axtaran hər kəsə xidmət göstərəcək. Şəhər xəstəxanalarının nə qədər əhəmiyyətli olduğunu bu dövrdə daha çox dərk edirik", - deyə R.T.Ərdoğan bildirib.