Elçin Sanqunun Esra Erola cavabı trend oldu


Digərləri 29 May 2020 20:08:00 174 0

Elçin Sanqunun Esra Erola cavabı trend oldu

Türkiyəli aparıcı Esra Erol sosial məsələlərin qabardıldığı verilişində ərini evdə qoyub qaçan "Elçin Ulu" adlı qadının adını canlı yayımda "Elçin Sanqu" deyə təqdim edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa isə Esranın səhvinə zarafatla cavab verib.

E.Sanqu həyat yoldaşı tərəfindən tərk edilən Mustafa adlı şəxsin "Həyat yoldaşım evdəki böyük qaz balonunu da götürüb qaçıb" sözlərini nəzərdə tutaraq Tvitterdə "Qaz balonu bahalıdı, neyləyəydim? Almadan qaçaydım?" deyə, bildirib.

Sənətçinin bu sözləri qısa zamanda sosial şəbəkələrdə trend olub.