Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür


Digərləri 29 May 2020 18:42:00 147 0

Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür

Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. 

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiq olunmağa başlanıldığı aprel ayının əvvəlində xəstə sayında azalma müşahidə edildi. Amma məhdudiyyətlərin aradan qaldırıldığı vaxtdan xəstələrin sayında artım baş verir:

"Vətəndaşlarımızın qaydalara əməl etməməsi nəticəsində artım müşahidə edilir. Infeksiyanı məhdudlaşdırmaq istəyiriksə, ya sərt karantin rejimi olmalıdır, ya da qaydalara əməl edilməlidir. Bütün dünyada olduğu kimi biz də ikinci yolu seçməliyik. Biz bu qaydalara əməl etmyi özümüzə aşımalıyıq".

R.Bayramlı qeyd edib ki, qaydalara əməl edilməməsi nəticəsində ölkədə virusa yoluxanların sayı sağalanların sayından çoxdur. Ağır xəstələrin sayının artmasına baxmayaraq, vəfat edənlərin sayında ciddi artım müşahidə edilmir.

TƏBİB sədri bildirib ki, ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. Gəncə-Qzax bölgəsində yoluxma göstəricisi 13,6 faiz, Aran rayonlarında 11,1 faiz, Abşeronda 9,2 faizdir. Digər bölgələrdə yoluxma göstəricisi təxminən 5 faizdən aşağıdır: