TƏBİB sədri qapalı idman müəssisələrinin açılması BARƏDƏ DANIŞDI


Digərləri 29 May 2020 18:52:00 147 0

TƏBİB sədri qapalı idman müəssisələrinin açılması BARƏDƏ DANIŞDI

Yaxın günlərdə qapalı idman müəssisələrinin açılması gözlənilmir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

R.Bayramlı əlavə edib ki, karantin tədbirlərinin yenidən sərtləşdirilməsi arzuedilən deyil. Amma epidemioloji vəziyyət yenidən bu barədə qərarın qəbul edilməsini zəruri edə bilər.