Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır!


Digərləri 29 May 2020 18:56:00 125 0

Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır!

Kafe və restoranlarda açıq bufetdən istifadə etmək qəti qadağan edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, avtobuslarda sərnişinlər tibbi maskalardan mütləq istifadə etməli və oturacaqlar arasında məsafə saxlamalıdırlar. Açıq havada növbə gözləyərəkən məsafə saxlanılmalıdır.