Vətəndaş qəbulu aparacaq müəssisələrdə sosial məsafə üçün xüsusi işarələr olmalıdır


Digərləri 29 May 2020 19:00:00 159 0

Vətəndaş qəbulu aparacaq müəssisələrdə sosial məsafə üçün xüsusi işarələr olmalıdır

Vətəndaş qəbulu aparacaq müəssisələrdə sosial məsafəni gözləməyi tövsiyə edən xüsusi işarələr olmalıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, səhiyyə müəssisələri yoluxma riski çox yüksək olan müəssisələrdir:

"Bu müəssisələrə daxil olan simptomatik olmayan insanların digərlərini yolxudura bilərlər. Buna görə də müəssisələrə maskasız daxil olmaq qadaaağan edilir. Bu məsələyə özəl müəssisələr də xüsusi diqqət yetirməlidirlər".