Ramin Bayramlı: Ölkədə aktiv xəstələrin sayı ilə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb


Digərləri 29 May 2020 18:26:00 121 0

Ramin Bayramlı: Ölkədə aktiv xəstələrin sayı ilə yanaşı, ağır vəziyyətdə olanların da sayı artıb

Ölkədə aktiv xəstələrin sayı ilə yanaşı, ağır vəziyyətdə olan xəstələrin də sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bayram həftəsinin olmasına baxmayaraq, Operativ Qərargahın tibbi bölməsi əsk epidemik istiqamətdə fəaliyyətini fasiləsiz olaraq, davam etdirib.

R.Bayramlı qeyd edib ki, bu gün ilk dəfə olaraq, 200-dən çox insanda koronavirus aşkarlanıb. Artıq daha çox hədəf qrupları üzərində testin aparılmasına üstünlük verilir.