Gəncədə azyaşlıya qarşı əxlaqsızlıq edildi


Digərləri 29 May 2020 17:28:00 134 0

Gəncədə azyaşlıya qarşı əxlaqsızlıq edildi

Gəncə şəhərində azyaşlıya qarşı əxlaqsızlıq edilib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda Mehman Əkbərov azyaşlı qıza qarşı əxlaqsızlıq edib.

Azyaşlının ailə üzvləri baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində Mehman Əkbərov həbs edilib.

İstintaq orqanı tərəfindən Mehman Əkbərovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsızlıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan olunub.