“Haran xoşuna gəlmirsə düzəldirsən” Mənzurə plastik əməliyyatdan DANIŞDI


Şou-biznes 29 May 2020 16:25:00 170 0

“Haran xoşuna gəlmirsə düzəldirsən”  Mənzurə plastik əməliyyatdan DANIŞDI

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Mənzurə Musayeva olub. Son.az xəbər verir ki, müğənni plastik əməliyyatların tərəfdarı olduğunu deyib: "Mən pis baxmıram. Nəyi pisdir ki? Baxırsan ki, haran xoşuna gəlmir oranı düzəldirsən. Mənə deyirlər ki, gözaltı torbası olanlar heç gedib kəsdirmir, sənə nə olmuşdu ki? Deyirəm ki, gərək o torbalansın, görünsün sonra gedim kəsdirim? Zamanında etdirmək lazımdır ki, bilinməsin. Əməliyyat anesteziyasız, 20 dəqiqə çəkdi. Anesteziyasız etməyinə sevindim. Çünki, 8 dəfə xəstəliklə bağlı, 4 dəfə isə gözəlliklə bağlı anesteziya qəbul etmişəm".

Son.az