Bazarlarda, ticarət və xidmət obyektlərində maska taxmayanlar cərimələnəcək


Digərləri 29 May 2020 16:45:00 152 0

Bazarlarda, ticarət və xidmət obyektlərində maska taxmayanlar cərimələnəcək

Bazarlarda və qapalı ictimai iaşə müəssisələrində maska taxmaq məcburi olacaq.

Son.az bildirir ki, bu barədə Nazirlər Kabineti "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" qərarda bildirilib. 

Qeyd edilib ki, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi olacaq. 

Bu qərardakı tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.