“Yaradıcılığımı nazir vəzifəsinə qurban vermək istəmirəm”


Digərləri 29 May 2020 16:13:00 176 0

“Yaradıcılığımı nazir vəzifəsinə qurban vermək istəmirəm”

"Mən insanların üzünə demədiklərimi arxasıyla danışa bilmirəm. Vəzifədə olan zaman tənqid edilməyib, sözlər deyilməyibsə, indi danışmağın mənası yoxdur".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə "3 D" proqramında qonaq olarkən deyib.

Məşhur rejissor bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilən Əbülfəs Qarayev barədə danışıb. O, Qarayev barədə sonradan yazılan tənqidlərin mənasız olduğunu bildirib.

Ələkbərzadə sözügedən vəzifəyə gəlmə barədə verilən sualı belə şərh edib: "Mədəniyyət naziri olmaq istəmirəm. Sosial şəbəkələrdə adıma rast gəlirəm. Yaradıcı insanam, bunu nəyəsə qurban vermək fikrində deyiləm. Ancaq teatrla bağlı hansısa bir sektorda bəlkə də, çalışa bilərəm. 5 ildən artıqdır ki, ənənəvi teatrda, Akademik Milli Dram Teatrında çalışan biri idim. YUĞ teatrında çalışmaq isə fərqli görünürdü. Əbülfəs Qarayev dedi ki, "YUĞ"a getməsən, teatr bağlanacaq, oranı yenidən ayağa qaldırmaq lazımdır. "YUĞ"a gələndə tamaşaçıların sayı səhnədə olan aktyorların sayından az idi. Zorla bilet sırıma yox idi. İndi bir tamaşaya baxmaq üçün 4-5 dəfə gəlib yer tapmamaq faktı ilə rastlaşırıq. Keyfiyyətli bir iş təqdim etdikdən sonra niyə tamaşaçı teatra gəlməsin ki?"