Aİ pandemiya dövründə azərbaycanlı sahibkarlara dəstək olacaq


İqtisadiyyat 29 May 2020 15:36:39 146 0

Aİ pandemiya dövründə azərbaycanlı sahibkarlara dəstək olacaq

Şəki-Zaqatala iqtisadi rayonundakı kiçik ailə təsərrüfatları, eləcə də kənd yerlərində yaşayan mikrosahibkarlar “EU4Business” təşəbbüsü vasitəsilə Avropa İttifaqından (Aİ) qrant alacaq

Şəki-Zaqatala iqtisadi rayonundakı kiçik ailə təsərrüfatları, eləcə də kənd yerlərində yaşayan mikrosahibkarlar “EU4Business” təşəbbüsü vasitəsilə Avropa İttifaqından (Aİ) qrant alacaq.

“Report” xəbər verir ki, bu barədə təşəbbüsün Azərbaycan üzrə saytında məlumat yerləşdirilib.

Qeyd olunub ki, “EU4Business”in əsas məqsədi koronavirus pandemiyasının təsirini nəzərə almaqla kiçik sahibkarlara dəstək verməkdir. Eləcə də tərəfdaş banklar vasitəsi ilə biznes üçün kreditlər ayrılması, həmçinin təlim və məsləhətləşmələr keçirilməsi nəzərdə tutulub.

Təşəbbüsün imkanları, eləcə də pandemiya fonunda sahibkarlığa dövlət dəstəyi tədbirləri barədə sahibkarları məlumatlandırmaq üçün “EU4Business” Azərbaycan üzrə veb-sayt istifadəyə verib. Sayt həm Azərbaycan, həm də ingilis dillərində fəaliyyət göstərir.