Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti uzadılır


Siyasət 29 May 2020 15:50:33 156 0

Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti uzadılır

Azərbaycan Respublikasının dövlət sərhəddinin bağlanması 15 iyun 2020-ci il tarixinədək uzadılır

Azərbaycanın dövlət sərhədinin bağlanması müddəti iyunun 15-dəkuzadılır.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki,yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərinin müvəqqəti olaraq bağlanması və beynəlxalq uçuşların təxirə salınması müddətini artırıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilərək yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 15-dəkuzadılıb.