QDTİB Azərbaycanda kiçik və orta sahibkarlara yardım edəcək


İqtisadiyyat 29 May 2020 15:54:26 159 0

QDTİB Azərbaycanda kiçik və orta sahibkarlara yardım edəcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Avstriya İnkişaf Bankı (OeEB) ilə 30 milyon avro dəyərində müqavilə imzalayıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Avstriya İnkişaf Bankı (OeEB) ilə30 milyon avro dəyərində müqavilə imzalayıb.

“Report” xəbər verir ki, müqavilə ilə üzv ölkələrdəsənaye, kənd təsərrüfatı və xidmət sektorlarında özəl sektor layihələrivə investisiya proqramları maliyyələşdiriləcək.

Məlumata görə,bank Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın dövriyyə kapitalını və ixracın maliyyələşdirilməsin təmin edəcək. Müqavilə çərçivəsində koronavirus pandemiyasından ən çox zərər görən və QDTİB tərəfindən prioritet sayılan kiçik və orta sahibkarlıq subyektlərinə yardım ediləcək.

Bundan başqa,üzv ölkələrin hökumətlərinin post-pandemiya dövründə iqtisadiyyatı bərpa strategiyalarınakömək üçün həyata keçirdiyi tədbirlərə töhfə vermək məqsədilə əlavə maliyyələşdirmə təmin ediləcək.