Qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlərin siyahısı açıqlandı


Siyasət 29 May 2020 16:00:16 143 0

Qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlərin siyahısı açıqlandı

Nazirlər Kabineti&“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan&Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan&Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1&nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi&yarandıqda karantin-təşkilat,

Nazirlər Kabineti

Azərbaycanın Baş NaziriƏli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdivasitələrdən istifadə tələbləri barədə qərar imzalayıb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, qərarda qoruyucu tibbi maskaların taxılması məcbur olan yerlərin siyahısı hazırlanıb.

Siyahı aşağıdakı kimidir:

1. Azərbaycan ərazisində yeni növkoronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləviyayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilənhallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbimaska, parça maska, respirator və sair) istifadə edilməlidir:

1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus,taksi, metro, dəmiryolu və s.);

1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmətobyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılıolaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasınınzəruri olduğu hallar istisna olmaqla);

1.3. dövlət orqanlarının (qurumlarının) binalarındavətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulansahələrdə;

1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərəxidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;

1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalıməkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində,sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının,bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmətobyektlərinin qarşısında növbədə;

1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıqhavadakı ictimai yerlərdə onlar arasında sosial məsafəninqorunmasının mümkün olmadığı digər hallarda.

2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növkoronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucutədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həminqoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulmasıİnzibati Xətalar Məcəlləsi ilə müəyyənedilən məsuliyyətə səbəb olur.