Qırğızıstanda koronavirusa yoluxanların sayı 68 nəfər artıb


Dünya 29 May 2020 14:43:00 144 0

Qırğızıstanda koronavirusa yoluxanların sayı 68 nəfər artıb

Son sutka ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 1662 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Qırğızıstanın Səhiyyə nazirinin müavini Norbolot Usenbayev Bişkekdə keçirdiyi brifinqdə bildirib.

Nazir müavini deyib ki, indiyədək bu virusdan 1088 xəstə sağalıb, ölənlərin sayı 16 nəfərdir.

O bildirib ki, indiyədək 330 tibb işçisi bu virusa yoluxub və 247-si artıq sağalıb. Vurğulanıb ki, hazırda xəstəxanalarda 558 xəstə müalicə olunur, 10 nəfərin isə vəziyyəti ağırdır.