İnterpol tərəfindən axtarılan bahalı avtomobil görün haradan tapıldı


Dünya 29 May 2020 13:32:00 137 0

İnterpol tərəfindən axtarılan bahalı avtomobil görün haradan tapıldı

Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən axtarışda olan təxminən 100 min ABŞ dolları dəyərində avtomobil Türkiyənin Konya şəhərində tapılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, avtomobil Konyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən üzərində dövlət nömrə nişanı olmadan Konyada yerləşən bir dayanacaqda aşkarlanıb.

2012-ci il istehsalı olan maşının 2016-cı ildə Almaniyadan oğurlandığı bildirilir.

Bu barədə artıq İnterpola yazılı məlumat göndərilib.