İstanbulda fabrikdə partlayış olub:


Dünya 29 May 2020 13:50:00 139 0

İstanbulda fabrikdə partlayış olub:

İstanbulun Başakşehir rayonunda yerləşən fabriklərin birində partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış fabrikin qazanxana bölümündə olub.

İlkin məlumata əsasən, bir nəfər həlak olub, iki nəfər dağıntılar altında qalıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb olunub.