Füzulidə avtomobil aşıb,
Digərləri 29 May 2020 14:07:00 146 0
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, hadisə mayın 28-də Babı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi "VAZ-21214" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Mənbə: milli.az